Xəbər verdiyimiz kimi, Azərbaycan Premyer Liqa klublarının oyunçuları arasında dekabr ayının ən yaxşı futbolçusu Samir Əliyev seçilib. SİA-nın məlumatına görə, futbolçu ayın ən yaxşısı seçildiyini gözləmədiyini bildirib: "Açığı ən yaxşı seçiləcəyimi gözləmirdim. Dünən eşitdim ki, dekabr ayında mən qalib olmuşam. Təbii ki, buna görə sevindim. Premyer Liqada səviyyəli futbolçular çoxdu. Onların arasında ən yaxşı seçilmək gözəl hissdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB