"Sumqayıt" “Kapital Bank Arena”ya qayıdır - FOTOLAR

"Sumqayıt" “Kapital Bank Arena”ya qayıdır - FOTOLAR

Dekabrın 1-də Premyer Liqanın XIII tur matçında üz-üzə gələcək "Sumqayıt" və “Səbail” komandaları meydana fiziki qüsurlu uşaqlarla çıxacaqlar. SİA-nın məlumatına görə, bu, "gənclik şəhəri" təmsilçisinin 2018/2019 mövsümündə “Kapital Bank Arena”da ilk ev oyununu keçirməsi ilə əlaqədardı.

Klub azarkeşlər üçün bir sıra sürprizlər də hazırlayıb. Bu stadionda son oyun mayın 20-də "Sumqayıt" və "Zirə" arasında keçirilib. Həmin görüşdə qonaqlar 2:1 hesabı ilə qalib gəliblər.

Təmirdə olduğu müddətdə "Kapital Bank Arena"da əsas meydanın süni örtüyü təbii otla əvəzlənib və işıqlandırma sistemi yenilənib.

Həmçinin 1 standart və 2 kiçik ölçülü süni meydança salınıb. Hələlik yeni oturacaqlar quraşdırılmayıb. Bu məsələyə gələcəkdə, əlavə sektorlar inşa edilən zaman baxılacaq.

Stadiondakı media sektoru da əvvəlki yerində qalıb. 12 turdan sonra 11 xalla 6-cı pillədə qərarlaşan “Sumqayıt” cari mövsümdə rəqiblərini “Dalğa Arena” və “Bayıl Arena”da qəbul edib. “Səbail” ilə görüş saat 19:00-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə