Kriştiano Ronaldo "Qızıl top”un təqdimetməsinə qatılmayacaq

"Yuventus”un hücumçusu Kriştiano Ronaldo "Qızıl top” ("Ballon d'Or") mükafatının təqdimetmə mərasiminə qatılmayacaq. SİA "Sky İtalia”ya istinadən xəbər verir ki, buna səbəb Ronaldunun mükafata layiq görülməyəcəyini öncədən bilməsidir. İddialara görə, "Qızıl top”un "Real”ın yarımmüdafiəçisi Luka Modriçə veriləcəyi gözlənilir. Ronaldo bu mükafatı 5 dəfə qazanıb.
Qeyd edək ki, mükafatlandırma mərasimi dekabrın 3-də Parisdə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə