Taekvondoçumuz Avropa birinciliyində gümüş medal qazanıb - FOTOLAR

Taekvondoçumuz Avropa birinciliyində gümüş medal qazanıb - FOTOLAR

Azərbaycan idmançısı Rahid Vəliyev yeniyetmələr arasında taekvondo üzrə Avropa birinciliyində gümüş medal qazanıb. SİA-nın məlumatına görə, İspaniyada təşkil edilən qitə birinciliyində 37 kiloqram çəki dərəcəsində mübarizə aparan R.Vəliyev fransalı (21:19), türkiyəli (13:10) və rusiyalı (26:04) rəqiblərinə qalib gəlib. Yarımfinalda daha bir rusiyalı idmançı ilə qarşılaşan taekvondoçumuz (7:6) üstün olaraq finala yüksəlib. Lakin finalda Danimarka təmsilçisi ilə gərgin idman mübarizəsi şəraitində keçən döyüşdə 32:35 hesabı ilə məğlub olan idmançımız yarışı gümüş medalla başa vurub.

Beləliklə, Rahid Vəliyev qatıldığı ilk qitə birinciliyində mükafatçılar sırasında yer alıb.

Qeyd edək ki, yarışda komandamız 11 taekvondoçu ilə təmsil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə