AL-də beşinci tura yekun vurulub - NƏTİCƏLƏR

AL-də beşinci tura yekun vurulub - NƏTİCƏLƏR

Noyabrın 29-da UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turuna yekun vurulub. SİA-nın məlumatına görə, tur çərçivəsində ən maraqlı qarşılaşma I qrupda yer alan Norveçin “Sarpsborq” komandası ilə İstanbulun “Beşiktaş” kollektivi arasındakı qarşılaşma olub. İstanbul təmsilçisi matçın 1-ci və 6-cı dəqiqələrində hesabda geri düşsə də, ikinci hissədə təşəbbüsü tam ələ alaraq oyunda qalib gəlməyi bacarıb. “Beşiktaş”ın heyətində Lens (62, 90) və Vaqner Love (66) fərqləniblər.

Qrupdakı digər qarşılaşmada “Malmö” ilə “Genk” heç-heçə ediblər – 2:2. Bu nəticədən sonra qrupda “Genk” (8 xal) birinci, “Beşiktaş” (7) ikincidir. “Malmö 6 xalla üçüncü, “Sarpsborq” isə 5 xalla dördüncü sıradadır.

Gün ərzində digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:

A qrupu

“Bayer Leverkuzen” – “Ludoqorets” – 1:1

“Sürix” – “AEK Larnaka” – 1:2

B qrupu

“Rusenborq” – “Seltik” 0:1

“Zaltsburq” – “Leyptsiq” – 1:0

C qrupu

“Bordo” – “Slavia Praqa” – 2:0

“Zenit” – Kopenhagen” – 1:0

D qrupu

“Anderlext – “Spartak Trnava” – 0:0

“Fənərbağça” – “Dinamo Zaqreb” – 0:0

E qrupu

“Qarabağ” – “Sportinq” – 1:6

“Vorskla” – “Arsenal” – 0:3

F qrupu

“Milan” – “Dudelanj” – 5:2

“Real Betis” – “Olimpiakos” – 1:0.

G qrupu

“Spartak” – “Rapid Vyana” – 1:2

“Reyncers” – “Vilyarreal” – 0:0

H qrupu

“Apollon Limassol” – “Latsio” – 2:0

“Ayntraxt” – “Marsel” – 4:0

I qrupu

“Malmö” – “Genk” – 2:2

“Sarpsborq” – “Beşiktaş” – 2:3.

J qrupu

“Krasnodar” – “Akhisar” – 2:1

“Standart Liq” – “Sevilya” – 1:0

K qrupu

“Astana” – “Dinamo Kiyev” – 0:1

“Jablonets” – “Renns” – 0:1.

L qrupu

“BATE Borisov” – “Videoton” – 2:0

“Çelsi” – “PAOK” – 4:0.

UEFA Avropa Liqasının qrup mərhələsinin altıncı turunun görüşləri dekabrın 13-14-də oynanılacaq.

Turnirin 2018-2019-cu il mövsümünün final oyunu gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə