"Tottenhem" bu futbolçuya 250 milyon qiymət qoyub!

"Tottenhem" bu futbolçuya 250 milyon qiymət qoyub!

"Real"ın maraq dairəsində olan "Tottenhem"in yarımmüdafiəçisi Kristian Eriksenin "kral klubu"na transferi elə də asan başa gəlməyəcək. "Marca" nəşrinin yazdığına görə, London təmsilçisi danimarkalı futbolçu üçün ispanlardan fantastik məbləğ tələb edib. İngilis klubu aparıcı oyunçusunu 250 milyon avrodan ucuz satmayacağını bildirib.

Qeyd edək ki, Eriksenin "Tottenhem"lə 2020-ci ilin yayına qədər müqaviləsi var. "Real" 26 yaşlı futbolçuya Luka Modriçin əvəzləyicisi kimi baxır.

Bütün xəbərlər Facebook səhifəmizdə