Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında ağır atletika üzrə Azərbaycan Kuboku davam edir. Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayır. Azərbaycan Kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.
Körpücük üzərinə ilk olaraq qadınlar çıxıblar. Sinkleyr cədvəli üzrə mütləq qalibi müəyyən edən zərif cinsin nümayəndələrinin mübarizəsindən Səbinə Əzimova qalib ayrılıb. 18 yaşlı atlet toplam 172 kq (75+97) nəticə və 253.22 Sinkleyr xalı ilə təcrübəli rəqiblərini üstələməyi bacarıb. İkinci yerə 171 kq (78+93) nəticə və 233.29 xalla Boyanka Kostova, üçüncü yerə isə 164 kq (72+92) nəticə və 213.11 xalla Firuzə İbrahimova çıxıb.
Qeyd edək ki, bu gün start verilən yarış sabah (30 noyabr) başa çatacaq.
| N | Adı | İl | Şəhər | Klub | Çəki | Birdən | Təkanla | Toplam | Xal |
| 1. | Əzimova Səbinə | 2000 | Lənkəran | Zirvə | 54.2 | 75 | 97 | 172 | 253.22 |
| 2. | Kostova Boyanka | 1993 | Bakı | Zirvə | 59.1 | 78 | 93 | 171 | 233.29 |
| 3. | İbrahimova Firuzə | 1997 | Sumqayıt | Zirvə | 63.9 | 72 | 92 | 164 | 213.11 |
| 4. | Əlizadə Gülçin | 1997 | Qazax | Zirvə | 58.4 | 68 | 84 | 152 | 208.99 |
| 5. | Məhərrəmova Mərziyyə | 1996 | Goranboy | Zirvə | 49.7 | 60 | 75 | 135 | 208.25 |
| 6. | Rzazadə Lalə | 2001 | Lənkəran | Zirvə | 54.7 | 60 | 75 | 135 | 194.07 |
| 7. | Hüseynzadə Fidan | 2001 | Lənkəran | Zirvə | 70.2 | 64 | 80 | 144 | 177.43 |
| 8. | Opanasyuk Anna | 2003 | Lənkəran | Zirvə | 55.3 | 54 | 65 | 119 | 169.77 |
| 9. | Abdurəhmanova Fidan | 1999 | Bakı | Təhsil | 91.0 | 65 | 86 | 151 | 165.77 |
| 10. | Muxtarlı Günel | 2003 | Sumqayıt | Zirvə | 44.5 | 45 | 53 | 98 | 165.25 |
| 11. | Fərəcova Şəfa | 2001 | Lənkəran | Zirvə | 57.7 | 50 | 65 | 115 | 159.39 |
| 12. | Verdiyeva Nazilə | 1998 | Xırdalan | Zirvə | 59.6 | 51 | 59 | 110 | 149.25 |
| 13. | Vəliyeva Günel | 1997 | Xırdalan | Zirvə | 63.4 | – | – | – | – |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB