"Barselona"dan daha bir rekord

"Barselona" daha bir rekorda imza atıb. SİA-nın məlumatına görə, Kataloniya klubunun rekordu Çempionlar Liqasının qrup mərhələsinin PSJ ilə səfər oyununda qeydə alınıb.

Ernesto Valverdenin komandası 2:1 hesabı ilə qalib gəlməklə qrup birinciliyini rəsmiləşdirib. Bununla da, "Barselona" 20-ci dəfə ÇL-də öz qrupunun qalibi olub ki, indiyədək heç bir klub bu uğura nail olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə