Şvaynştayger ABŞ klubu ilə yeni müqavilə imzalayıb

Şvaynştayger ABŞ klubu ilə yeni müqavilə imzalayıb

Futbol üzrə Almaniya millisinin sabiq futbolçusu Bastian Şvaynştayger "Çikaqo Fayr"la yeni müqavilə imzalayıb. ABŞ klubunun saytında yer alan xəbərə görə, 33 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2018/2019 mövsümünün sonuna qədər uzadılıb. Qeyd edək ki, B.Şvaynştayger cari mövsüm MLS liqası təmsilçisində 35 matçda 4 qol vurub, 6 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə