Ərəblərdən “Qalatasaray”ın futbolçusuna sərfəli tklif

Ərəblərdən “Qalatasaray”ın futbolçusuna sərfəli tklif

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu “Qalatasaray”ın müdafiəçisi Maykondan əl çəkmək istəmir. Türkiyə mətbuatının yazdığına görə, ərəblər braziliyalı futbolçu üçün növbəti dəfə İstanbul təmsilçisinin qapısını döyüb. Təcrübəli oyunçunun özü ilə də danışıq aparan "Əl-Hilal" rəsmiləri ona illik "Qalatasaray"da qazandığı məbləğin 2 qatını, yəni, 4,4 milyon avro təklif ediblər.

"Cim-Bom"un bu təklifi yanvar ayında dəyərləndirəcəyi gözlənilir. Qeyd dək ki, 30 yaşlı müdafiəçi "Qalatasaray"a 2017-ci ildə transfer olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə