Azərbaycan Premyer Liqasında noyabr-dekabr aylarının ən yaxşı futbolçuları müəyyənləşib. SİA-nın məlumatına görə, "AZAL" klubunun müdafiəçisi Zohair Benouahi və "Simurq"un hücumçusu Samir Əliyev müvafiq olaraq noyabr və dekabr aylarının yekunlarına əsasən Azərbaycan Premyer Liqasının ən yaxşı futbolçuları seçiliblər.
Sorğu futbol klublarının baş məşqçiləri, komandaların kapitanları və aparıcı idman jurnalistləri arasında keçirilib. Sorğuda 12 peşəkar futbol klubu, 30 KİV nümayəndəsi iştirak edib.
"Ayın futbolçusu" nominasiyasında noyabrda qalib gələn mərakeşli futbolçu Benouahi jurnalistlər arasında səslərin 47 faizini, futbol peşəkarları arasında isə 60 faizini yığıb. Göstərdiyi nəticələr və səmərəliliyə görə "Simurq"un forvardı Samir Əliyev dekabrda məhz liqa klublarının məşqçiləri və kapitanlarından aldığı dəstək sayəsində ayın futbolçusu nominasiyasının qalibi seçilib.
Bununla əlaqədar olaraq "Unibank" futbolçuların təltif edilməsi üçün mərasim təşkil edib. Mərasimdə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev, "Unibank" rəsmiləri və digər futbol ictimaiyyəti iştirak edib.
Tədbirdə qalib futbolçulara 1111 manat pul mükafatı və xatirə hədiyyələri təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB