AFFA-nın Apellyasiya Arbitraj Tribunalının qərarları açıqlanıb

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının qərarları açıqlanıb

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının qərarları açıqlanıb. SİA qərarları nəzərinizə çatdırır:

- Məhəbbət Rəhimov tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin.

AFFA İntizam Komitəsinin 16 oktyabr 2018-ci il il tarixli Coca Cola U-13 Liqasının III turu çərçivəsində 13 oktyabr 2018-ci il tarixində keçirilən “UGİM 1” (Sumqayıt) – “Laçın” (Pirəşükül) oyunu başa çatdıqdan sonra “Laçın” klubunun məşqçisi Məhəbbət Rəhimovun aqressiv davranışlar, hakimə qarşı fiziki təsir göstərdiyinə 12 ay müddətinə yarışlardan kənarlaşdırılması (maddə 38.7, maddə 38.8) qərarı dəyişdirilsin.

Məhəbbət Rəhimov dava-dalaşda iştirak etdiyi üçün qərar elan olunana qədər buraxdığı oyunlar nəzərə alınmaqla 10 oyunluq cəzalandırılsın (maddə 39.3).

- MOİK klubu tərəfindən verilmiş apellyasiya şikayəti rədd edilsin.

AFFA İntizam Komitəsinin 13 noyabr 2018-ci il il tarixli Azərbaycan I divizionunun X turu çərçivəsində keçirilən “Keşlə-2 - MOİK” oyununda “MOİK” klubunun baş məşqçisi Azər Bağırovun texniki zona qaydalarını pozmasına görə 1 oyun cəzalandırılması və klubun 80 manat cərimələnməsi qərarı qüvvədə saxlanılsın.

Bütün xəbərlər Facebook səhifəmizdə