"Qəbələ"nin qış hazırlıq planı müəyyənləşib

"Qəbələ"nin qış hazırlıq planı müəyyənləşib

"Qəbələ"nin qış hazırlıq planı müəyyənləşib. SİA-nın məlumatına görə, "qırmızı-qaralar" yanvarın 6-də çempionatın ikinci yarısının hazırlıqlarına başlayacaq. "Qələlə" 6 gün ölkə daxilində hazırlıq keçəcək. Komandanın Qəbələdə və ya Bakıda hazırlaşması hava şəraitindən aslı olacaq.

"Qırmızı-qaralar" yanvarın 12-də Türkiyəyə yollanacaq və Antalyadakı "Trendy Lara” otelində məskunlaşacaq. "Qəbələ" 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Yanvarın 16-sı, 20-si, 24-ü və 26-sında baş tutacaq qarşılaşmadakı rəqiblər hələ bəlli deyil.

Qeyd edək ki, "Qəbələ" Topaz Premyer Liqasında turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə