Levandovski üçün əlamətdar oyun

Levandovski üçün əlamətdar oyun

"Bavariya" Çempionlar Liqası çərçivəsində "Benfika"nı məğlub edib (4:1). SİA-nın məlumatına görə, oyun Robert Levandovski üçün əlamətdar olub. Belə ki, hücumçu matçda dubl edib. Birinci qol onun üçün ÇL-də 50-ci olub. Polyak bu nailiyyəti 77 oyunda əldə edib. Rud van Nistelroy (62 oyun) və Lionel Messi (66 oyun) Levandovskidən daha əvvəl 50 qol vura bilib. Polyak hücumçu Rud van Nistelroy (56 qol), Kərim Benzema (59), Lionel Messi (105) və Kriştiano Ronaldodan (121) geri qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə