XII turun ən yaxşısı Ceyms Adeniyidir

XII turun ən yaxşısı Ceyms Adeniyidir

“İnStat”ın təhlilinə əsasən, Topaz Premyer Liqasının XII turunun ən yaxşı futbolçusu məlum olub. SİA-nın məlumatına görə, bu, “Qəbələ”nin yarımmüdafiəçisi Ceyms Adeniyidir. “Keşlə”yə qarşı keçirilən oyunda nigeriyalı 1 qolun müəllifi olub. Araşdırmalara əsasən Adeniyi turun ən yüksək indeksə malik olan futbolçusudur.

Bütün xəbərlər Facebook səhifəmizdə