Ronaldo ÇL-in tarixinə düşüb

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının tarixinə düşüb. SİA-nın məlumatına görə, portuqaliyalı ulduz turnirdə 100 qələbə qazanan ilk futbolçu olub.
Yubiley qələbəsi "Valensiya" ilə V tur qarşılaşmasına təsadüf edib - 1:0. "Yarasalar"la görüşdə 33 yaşlı forvard 59-cu dəqiqədə Mario Mancukiçə məhsuldar ötürmə edib. Bu qələbə sayəsində xallarını 12-yə çatdıran Turin təmsilçisi 1/8 finala vəsiqəni təmin edib.
Ronaldo Çempionlar Liqasında indiyədək iştirak etmiş 140 komandadan 136-nı qələbə sayında üstələyir.

Bütün xəbərlər Facebook səhifəmizdə