UEFA reytinqində Azərbaycanın mövqeyi dəyişməyib

UEFA reytinqində Azərbaycanın mövqeyi dəyişməyib

Çempionlar Liqasının qrup mərhələsinin V turunun dünən keçirilən matçlarından sonra yeni UEFA reytinqi açıqlanıb. SİA-nın məlumatına görə, baş tutan 8 qarşılaşma cədvəldə bəzi dəyişikliklərə səbəb olub.

"Şaxtyor"un qələbəsi Ukraynanı, "Ayaks"ın qalibiyyəti isə Hollandiyanı irəli salıb. Bu ölkələr müvafiq olaraq, 8-ci və 11-ci yerə yüksəlib.

Azərbaycanın mövqeyi isə dəyişməz qalıb. Aktivində 19,000 xalı olan ölkəmiz siyahıda 26-cıdır.

Siyahıya İspaniya başçılıq edir. İngiltərə 2-ci, İtaliya 3-cüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə