Bakının qadın voleybolçulardan ibarət "Azərreyl" klubu bu gün avrokubokda ik oyununa çıxacaq. SİA-nın məlumatına görə, ölkəmizin qitə miqyaslı yarışlarda yeganə təmsilçisi Belçikada yerli "Hermes" klubuna qarşı mübarizə aparacaq.
Komandamızın "Challenge Cup"ın 1/16 final mərhələsində ilk görüşü bu gün "Mister V-Arena Oostende" arenasında baş tutacaq. Famil Ağayevin baş məşqçiliyi ilə gənc oyunçularla səfərə yollanan "Azərreyl"in sonadək mübarizə aparıb uğurlu nəticə üçün yarışacağı şübhəsizdir.
Qeyd edək ki, qarşılıqlı razılaşmaya əsasən, cütün cavab oyunu Bakıda deyil, noyabrın 29-da yenə "Mister V-Arena Oostende" arenasında keçiriləcək.
"Challenge Cup"
1/16 final (ilk oyun)
28 noyabr
17:30 "Hermes" - "Azərreyl"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB