“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirəcək. SİA-nın məlumatına görə, “qırmızı-qaralar” bu gün Çempionlar yolunun 2-ci mərhələsinin cavab matçında Almaniyanın “Herta” klubunun müvafiq yaş qrupu üzrə komandası ilə qarşılaşacaq.
Berlində keçiriləcək görüşdən bir gün əvvəl Emin İmaməliyevin baş məşqçisi olduğu komandanın oyunöncəsi son məşqi baş tutub. Hazırlıq prosesi matçın keçiriləcəyi “Vurfplats” stadionunda gerçəkləşib. Bununla da “Qəbələ” Almaniya çempionu ilə matçın hazırlığını tamamlayıb.
Xatırladaq ki, bu gün Berlində baş tutacaq “Herta” - “Qəbələ” matçı Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
UEFA Gənclər Liqası
Çempionlar yolu, 2-ci mərhələ, cavab oyunu
28 noyabr
16:00. "Herta" - "Qəbələ"
Hakimlər: Ferens Karako, Tibor Çatari, Norbert Bornemissa (hamısı Macarıstan), Lasse Koslovski (Almaniya).
Berlin. “Vurfplats” stadionu.
İlk oyun – 3:1.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB