Sadıq Sadıqov: “Qış transfer dövründə iki legioner futbolçu transfer etmək istəyirik” - MÜSAHİBƏ

Sadıq Sadıqov: “Qış transfer dövründə iki legioner futbolçu transfer etmək istəyirik” - MÜSAHİBƏ

"Neftçi" klubunun prezidenti Sadıq Sadıqovun SİA-ya müsahibəsi:

- "Neftçi" İSM 4-cü dəfə ilin ən yaxşı cəmiyyəti seçildi...

- Bu tək mənim yox, cəmiyyətin bütün kollektivinin uğurudur. İcraçı olaraq işimiz ondan ibarətdir ki, təmsil etdiyimiz cəmiyyəti həmişə yüksəklərə qaldıraq. Gələcəkdə də bu uğuru saxlamaq üçün əlimizdən gələni edəcəyik. Uğuru qazanmaq olur, lakin onu qoruyub saxlamaq çətin olur. Söz verirəm ki, gələn ildən əlimizdən gələn işləri görəcəyik ki, bu uğuru qoruyub saxlayaq.

- Sadıq müəllim, 2010-cu ilin yekununa baxanda "Nefçi" klubunu necə dəyərləndirirsiniz?

- Keçən il müsahibəmdə də demişdim ki, ilk işim "Neftçi"nin əvvəlki formasını bərpa etmək olacaq. Demək olar ki, bu işin öhdəsindən gələ bilmişəm. Neftçinin keçən ilki uğuru ilə bu ilki uğurunu müqayisə etdikdə çox böyük fərq var. "Neftçi" yeni yığılan bir komandadır. Legionerlərlə yolumuzu ayırdıq, heyətə yeni gənc oyunçular dəvət etdik. Yeni qurulan komanda olaraq hazırki nəticələrimiz qənaətbəxşdir. Uğurlarımızı davam etdirdik. Hazırda həm Kuboka, həmdə çempionluğa iddialıyıq.

- "Netçi"nin bazasının inşası necə gedir?

- "Neftçi"yə yüksək səviyyədə infrastruktur təşkil olunur. Yeni baza tikilib. İsmət Qayıbov adına stadionda tamaşaçıların oturması üçün yerlərin artırılması, yeni otelin tikilməsi, ümumiyyətlə futbol klubuna lazım olan hər şey öz həllini tapacaq.

- Neft şirkəti böyük stadion tikməli idi...

- Böyük bir stadion tikiliməlidir. Ola bilsin ki, bu stadion İdman Sağlamlıq Mərkəzinın balansına verilsin. Tikilib qurtardıqdan sonra biləcəyik. Eşitdiyimə görə, layihə artıq hazırlanıb, bu yaxınlarda tikintiyə başlanılacaq.

- Qış transfer dövründə yeni futbolçular transfer edəcəksiniz?

- Qış transfer dövründə iki legioner futbolçu transfer etmək istəyirik. Onlardan biri cinahlarda, biri isə ortada oynayacaq. Ayın 10-dək mediaya açıqlama verəcəyik. Danışıqlar hələ həll olunmayıb, davam edir.

- Qapıçı problemini necə həll edəcəksiniz?

- Hələ ki, Rauf Mehdiyev özünü doğruldur. İlin axırıncan isə Paulius Qribauskasla müqaviləmiz var. Hesab edirəm ki, o, altılıq oyunlarında komandaya kömək edəcək. Legioner gətirmək mənasızdır.

- Təlim-məşq toplanışı haqqında nə deyə bilərsiniz?

- Təlim-məşqin ilk etapı Antalyada "Titanik" deyilən yerdə olacaq. Məskunlaşma, meydança məsələləri həll olunub. Məşqlərin ilk hissəsində 1 komanda ilə yoldaşlıq görüş keçirəcəyik. İkinci hissədə isə bir neçə komanda ilə hazırlıq matçımız olacaq. Komandaların adları yaxında açıqlanacaq.

- "Rubin" rəsmiləri Bakıya gəlməli idilər...

- İstəyirik, Amid Quluzadə və Eşqin Quliyevi "Rubin"ə göndərək təcrübə keçsinlər. İkinci heyətdə olsa belə, bu çox vacib məsələdir. Onlar bizim futbolçuları bəyənmişdilər. "Rubin" Avroliqada iştirak etdiyinə görə, vaxt baxımından hələ ki, gələ bilməyib. Yaxınlarda onların gəlişini gözləyirik.

Bütün xəbərlər Facebook səhifəmizdə