Şeyx Əhməd Əl Fahad Əl Sabah postundan ayrılacaq

Şeyx Əhməd Əl Fahad Əl Sabah postundan ayrılacaq

Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) prezidenti Şeyx Əhməd Əl Fahad Əl Sabah postundan ayrılacaq. "Inside the Games" nəşri yazır ki, o, Küveyt hökumət nümayəndələrinin əleyhinə saxta videolar hazırlamaqda şübhəli bilinir.

Seyx Əhməd həmçinin Belnəlxalq Olimpiya Komitəsinin (IOC) Olimpiya Həmrəyliyi Komissiyasının sədri vəzifəsini müvəqqəti tərk edib və araşdırma başa çatana qədər onun üzvlüyü dayandırılıb. IOC-un prezidenti Tomas Bax Şeyx Əhmədin istefa verməsini istəyib. O, noyabrın 28-də ANOC-un prezidenti postundan uzaqlaşdırılacaq.

Onu bu postda müvəqqəti olaraq Fiji Okeaniya Olimpiya Komitələri Assosiasiyasının prezidenti Robin Mitçell əvəzləyəcək. Son hadisələrlə bağlı qurumda seçkilərin də təxirə salınması qərarı verilib. ANOC-un prezidenti uruqvaylı Xulio Maqlione olmalı idi, amma o, bundan imtina edib.

Bütün xəbərlər Facebook səhifəmizdə