Futbol üzrə Almaniya millisinin və “Bavariya”nın sabiq futbolçusu Oliver Kan qapıçı əlcəkləri istehsal edən “T1tan” şirkətini məhkəməyə verib. “Report” sport1.de saytına istinadən xəbər verir ki, oyunçu karyerası ərzində “Titan” ləqəbi ilə məşhurlaşmış 49 yaşlı qolkiper şirkətin adından dolayı onun hüquqlarının pozulduğunu iddia edir.
İşlə Münhen dairə məhkəməsi məşğul olacaq. Kan Baden-Vürtemberqdə yerləşən şirkətdən 250 min avro təzminat və adının dəyişdirilməsini tələb edir. Veteran oyunçunun özünün də qapıçı əlcəkləri istehsal edən “Goalplay” şirkəti var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB