Həbib Nurmaqomedovun rəqiblərinin adları açıqlanıb

Həbib Nurmaqomedovun rəqiblərinin adları açıqlanıb

UFC-nin rəhbəri Dana Uayt dağıstanlı Həbib Nurmaqomedovun keçirəcəyi növbəti döyüşlər barədə fikirlərini bildirib. “Eurosport.ru” saytının yazdığına görə, o, rusiyalı qarışıq döyüş ustası ilə Konor Makqreqor arasında cavab matçının mümkünlüyünü istisna etməyib. UFC rəhbəri, eyni zamanda, Həbiblə mübarizə aparacaq başqa döyüşçülərin adlarını da açıqlayıb.

“Nurmaqomedov ilə Makqreqor arasında döyüş bütün rekordları yenilədi. Bu böyük döyüşdə Həbib qalib gəldi. Bu o deməkdir ki, Həbib gələcəkdə amerikalı idmançılar Toni Ferqyuson və Dustin Poirier ilə döyüşə bilər. Eyni zamanda, Makqreqor ilə də revanş matçı keçirə bilər”, - deyə D.Uayt bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə