"Neftçi" Topaz Premyer Liqasının 13-cü turunda qarşılaşacağı "Sabah"la oyunun hazırlığını davam etdirir. "Ağ-qaralar"ın rəsmi saytında yer alan xəbərə görə, "Səbail"lə qarşılaşmadan (2:0) sonra hazırlığa fasilə verməyən komanda bu gün bazasında növbəti məşqə çıxıb. Ruslan Abışovun fərdi məşq etdiyi hazırlıq prosesində bütün futbolçular iştirak ediblər.
Xatırladaq ki, dekabrın 1-də "Əlincə Arena"da keçiriləcək "Sabah" – "Neftçi" oyunu saat 16:30-da başlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB