"Milan"a pis xəbər: İbrahimoviç ABŞ-da qalır

"Milan"a pis xəbər: İbrahimoviç ABŞ-da qalır

"Los-Anceles Qelaksi" 2019/2020 mövsümü üçün heyətində saxlamaq istədiyi futbolçuların adlarını açıqlayıb. ABŞ klubunun rəsmi saytında yer alan xəbərə görə, "Milan"a keçidi gündəmdə olan Zlatan İbrahimoviç də adı siyahıya daxil edilib. Klubun bu addımı isveçli hücumçunun komandada qalacağı ehtimallarını gücləndirib.
Qeyd edək ki, bir neçə gün öncə 37 yaşlı forvardın "Milan"la anlaşdığı və İtaliya klubunda ilyarımlıq müqaviləyə əsasən 2,2 milyon avro qazanacağı bildirilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə