"Barselona"nın futbolçusu Usman Dembele bu qış Kataloniya klubundan ayrılmayacaq. Bu barədə "El Mundo Deportivo" nəşri məlumat yayıb. Kataloniya klubunun 21 yaşlı hücumçunun "Barsa"dan ayrılmaq istədiyi xəbərləri təkzib etdiyi vurğulanıb. Qeyd edək ki, Dembelenin PSJ-yə transfer oluna biləcəyi iddia olunurdu.
Xatırladaq ki, U.Dembele La Liqada "Atletiko" ilə matçda (1:1) komandasının bərabərlik qolunu vurub. Bununla da o, özünə olan etimadı qaytardığı bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB