Futbol üzrə I Divizionun 11-ci turunda keçirilən MOİK - "Neftçi-2" oyunundan sonra xoşagəlməz hadisə yaşanıb. SİA-nın məlumatına görə, matçın final fitindən sonra komandalar arasında qarşıdurma baş verib. AFFA İntizam Komitəsinin bugünkü iclasında məsələyə baxılıb və hər iki klub 240 manat məbləğində cərimələnib.
Bundan başqa, "Qarabağ-2" - "Zaqatala" görüşündə meydan sahiblərinin geyimində nöqsanlar aşkar olunduğu üçün oyun təyin olunduğu vaxtdan 5 dəqiqə gec başlayıb. Bu səbəbdən Ağdam klubu 240 manat cərimə ödəməli olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB