“Qəbələ” və “Səbail” cərimələndi

“Qəbələ” və “Səbail” cərimələndi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. SİA-nın məlumatına görə, İntizam Komitəsi Topaz Premyer Liqasının 12-ci turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

“Keşlə” - “Qəbələ” matçında “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Topaz Premyer Liqasının XII turunun “Səbail” - “Neftçi” matçının 90-cı dəqiqəsində “Səbail”in futbolçusu Tome Kitanovski ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə