Elton Yaqubluya ağır cəza

AFFA İntizam Komitəsi "Səbail"in kapitanı Elton Yaqubluya ağır cəza verib. SİA-nın məlumatına görə, bununla bağlı qərar İntizam Komitəsinin bugün keçirilən iclasında qəbul olunub.

Qərarda bildirilir ki, Topaz Premyer Liqasının 12-ci turunun “Səbail” - “Neftçi” matçı başa çatdıqdan sonra meydan sahibi klubun protokolda adı olmayan futbolçusu Elton Yaqublu hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə