"Los-Anceles Qalaksi" Eşli Koulla yollarını ayırıb

"Los-Anceles Qalaksi" Eşli Koulla yollarını ayırıb

Zlatan İbrahimoviçin də çıxış etdiyi ABŞ-ın "Los-Anceles Qalaksi" klubunda ayrılıq baş verib. SİA-nın məlumatına görə, MLS təmsilçisi sol cinah müdafiəçisi Eşli Koulla yolları ayırıb. İngiltərə millisinin sabiq üzvünün müqaviləsi uzadılmayıb.

Qeyd edək ki, "Arsenal", "Kristal Pelas", "Çelsi", "Roma" kimi klublarda oynayan 37 yaşlı futbolçu 2016-cı ildən "Los-Anceles Qalaksi"də çıxış edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə