“Sporting Intelligence” təşkilatı Topaz Premyer Liqası da daxil olmaqla, milli çempionatlarda futbolçuların orta illik gəlirini açıqlayıb. SİA-nın məlumatına görə, hesablamaya əsasan, Azərbaycan çempionatında futbolçuların 2018-ci il üçün illik qazancı orta hesabla 46 min 582 dollar, yaxud 52 638 avro və ya 61 293 dollar təşkil edib.
Bu, 104 min manatdan artıq deməkdir.
Dünyanın 68 ölkə çempionatının qeyd olunduğu siyahıya İngiltərə Premyer Liqası başçılıq edir. Burada orta illik əmək haqqı 3,47 milyon avro təşkil edir. İspaniya La Liqası 2,55 milyon avro ilə ikinci, İtaliya A seriyası isə 1,76 milyon avro ilə üçüncü sıradadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB