“Məhsul” və “Bakı”dan qələbə

“Məhsul” və “Bakı”dan qələbə

Kişi həndbolçuların ölkə çempionatında mübarizə davam edir. SİA-nın məlumatına görə, yarışın dördüncü turunda U-16 komandası ilə qarşılaşan “Məhsul”un qələbəsi şübhə doğurmurdu. Belə ki, çempionatın favoriti gənc həndbolçulardan ibarət rəqibinə çətinlik çəkmədən qalib gəlib - 39:15.

Son ölkə çempionu “Bakı” da turu qələbə ilə başa vurub. Nominal qonaqlar “Təhsil” komandasını 37:20 hesabı ilə məğlub ediblər.

“Məhsul” 4 oyundan 8 xalla turnir cədvəlinə başçılıq edir. “Bakı” 6 xalla ikinci, “Təhsil” 2 xalla üçüncü yerdədir. U-16-nın isə aktivindı xal yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə