Rail Məlikov: “Birinci yer üçün artıq darıxmışdıq” - AÇIQLAMA

Rail Məlikov: “Birinci yer üçün artıq darıxmışdıq” - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində "Neftçi" "Turan"ı qəbul edib və 2:0 hesabı ilə məğlub edib. SİA-nın məlumatına görə, "Neftçi"nin müdafiəçisi Rail Məlikov oyunla bağlı açıqlama verib: "Oyun çox yaxşı keçdi. Yaxşı oynadıq və qələbə qazandıq". Futbolçu birinci yer üçün darıxdıqlarını qeyd edib. "Birinci yer üçün artıq darıxmışdıq. Biz layiqli yerimizi tutmalıyıq. Çalışırıq ki, azarkeşlərimizi həmişə sevindirək. İnşallah, fanatlarımıza yeni ildə yeni qələbələr bəxş edərik. Yeni il bayramı münasibəti ilə də bütün xalqımızı təbrik edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə