“Barselona” futbol klubu, qarşıdakı oyunlarda bir neçə aparıcı futbolçusunun xidmətindən istifadə edə bilməyəcək. Bu barədə klubun rəsmi saytı xəbər yayıb. La Liqanın son turunda “Atletiko” ilə keçirilən görüşdə zədələnən uruqvaylı hücumçu Luis Suares iki həftə meydana çıxa bilməyəcək. Məşq zamanı ayağından zədə alan qapıçı Yaspe Silessen 2-3 həftədən sonra sıraya dönəcək. Əzələsi dartılan yarımmüdafiəçi Artur isə noyabrın 28-də Çempionlar Liqasının qrup mərhələsində PSV ilə səfər oyununu buraxacaq.
Xatırladaq ki, braziliyalı yarımmüdafiəçi Rafinyanın da zədə səbəbindən mövsümün sonuna qədər meydana çıxa bilməyəcəyi məlum olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB