“Real” “Roma”ya qarşı ciddi itkilərlə meydana çıxacaq

“Real” “Roma”ya qarşı ciddi itkilərlə meydana çıxacaq

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda noyabrın 27-də “Roma”nın qonağı olacaq “Real” oyuna ciddi itki ilə çıxacaq. Klubun rəsmi saytında yer alan xəbərə görə, komandanın aparıcı futbolçularından Kazemiro səfər matçını buraxacaq. Braziliyalı yarımmüdafiəçi zədə səbəbindən “canavarlar”a qarşı oynamayacaq. Qeyd edək ki, “Roma” – “Real” oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə