Asim Xudiyev erməni ilə eyni oyuna təyinat alıb

Asim Xudiyev erməni ilə eyni oyuna təyinat alıb

Azərbaycanlı FİFA hakim-inspektoru Asim Xudiyev erməni ilə eyni oyuna təyinat alıb. Qol.az-ın məlumatına görə, onun, hakim-inspektoru olacağı Avropa Liqasının qrup mərhələsininin "Astana" (Qazaxıstan") - "Dinamo" (Kiyev, Ukrayna) matçının UEFA nümayəndəsi isə Ermənistan təmsilçisi Artur Azaryan seçilib.

A.Xudiyev əvvəllər Avropa Liqasının II təsnifat mərhələsində Monteneqronun "Sutyeska" və Ermənistanın "Alaşkert" komandaları arasında keçirilən görüşün hakim-inspektoru olub.

Qeyd edək ki, "Astana" - "Dinamo" oyunu noyabrın 29-u Bakı vaxtı ilə saat 19:50-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə