Ryan Babel türkiyəli azarkeşə söyüş söydü

Ryan Babel türkiyəli azarkeşə söyüş söydü

“Beşiktaş”ın oyunçusu Ryan Babellə azarkeş arasında münaqişə yaşanıb. Türkiyə mətbuatının yazdığına görə, bir fanat hollandiyalı futbolçunun “İnstaqram” səhifəsinə “Yenidən “Kasımpaşa”da 200 min avroya oynamaq istəyərsən?” rəyini yazıb. Hücumçu isə buna “Yenidən ananla görüşməyimi istəyərsən?” deyə sərt cavab verib. Qeyd edək ki, 31 yaşlı Babel 2013-15-ci illərdə “Kasımpaşa”da oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə