"Barselona" ilə PSJ arasında transfer "sövdələşməsi"

"Barselona" ilə PSJ arasında transfer "sövdələşməsi"

PSJ-nin futbolçusu Neymar sabiq klubu "Barselona"ya qayıda bilər. Xarici KİV-lərin məlumatında deyilir ki, Kataloniya klubu bir müddətdir yenidən heyətinə cəlb etmək istədiyi 26 yaşlı hücumçu üçün Paris klubu ilə danışıqlara başlayıb. "Barselona"nın bu transfer üçün PSJ-yə futbolçu Usman Dembele və əlavə olaraq pul verməyə hazır olduğu iddia edilib.

Xatırladaq ki, Neymar ötən il 222 milyon avroya "Barselona"dan PSJ-yə keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə