Taşqın və Cavadov üçün əlamətdar tur

Taşqın və Cavadov üçün əlamətdar tur

Topaz Premyer Liqasının XII turu “Keşlə”də üç yubileylə əlamətdar olub. SİA-nın məlumatına görə,“Qəbələ” ilə ev qarşılaşması (1:2) Sərtan Taşqın və Vaqif Cavadovun klubun heyətində 50-ci çempionat oyunu kimi tarixə düşüb. 2014/15 mövsümündə Premyer Liqada debüt edən Sərtan bu müddətdə 3 qola imza atıb.

Vaqif isə fasilələrlə bu komandada çıxış edib. O, 2013/14 və ötən mövsüm formasını geyindiyi “Keşlə”də 17 qol vurub. Taşqın üçün yubiley ikiqat əhəmiyyət daşıyıb. Yalnız bir klubda oynadığından müdafiəçi Azərbaycan çempionatlarında da 50-ci matçına çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə