Xəzər İsayev: “İdman sahəsində əldə olunan bütün uğurlar məhz prezident İlham Əliyevin adı ilə bağlıdır” - AÇIQLAMA

Xəzər İsayev: “İdman sahəsində əldə olunan bütün uğurlar məhz prezident İlham Əliyevin adı ilə bağlıdır” - AÇIQLAMA

"Bu gün ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin doğum günüdür. Mən prezidentimizi təbrik edirəm. Azərbaycan idmançıları və idman ictimaiyyəti adından cənab prezidentə uzun ömür, can sağlığı arzulayıram". Bu sözləri SİA-ya açıqlamasında Milli Olimpiya Komitəsinin vitse-przidenti Xəzər İisayev deyib. O, bu günün Azərbaycan xalqı, xüsusilə idmançı ordusu üçün bayram olduğunu bildirib: "Məlumdur ki, idman Azərbaycanda inkişaf etmiş sahələrdən biridir. İdman sahəsində əldə olunan bütün inkişaf, bütün uğurlar məhz prezident İlham Əliyevin adı ilə bağlıdır. Onun idmana göstərdiyi diqqət və qayğısı nəticəsində əldə olunan nəticələr göz qabağındadır".

MOK-un vitse-prezidenti ölkə başçısının tapşırığı ilə Azərbaycanda sürətlə federasiyalar, idman klubları və cəmiyyətləri yaradıldığını və inkişaf etdirildiyini, Azərbaycanın hər yeridə Olimpiya bazalarının inşa etdirildiyini vurğulayıb. X.İsayev prezidentin göstərişi ilə idmançılarımızın məişət tələbatının təmin edildiyini, onlara dövlət tərəfindən mənəvi dəstək göstərildiyini qeyd edib: "İmdançılarımız orden və medallarla təltif olunurlar".
Ağır və çətin problemlərin Azərbaycan idmanında hiss edilməməsini önə çəkən MOK-un vitse-przidenti, hər ilin yekununda ölkə başçısının idmançılarla görüşdüyünü bildirib: "Hər dəfə Onunla görüşəndə özümüzü xoşbəxt hiss edirik. İnanırıq ki, Azərbaycan idmanı daha da yüksək səviyyələrə qalxacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə