Benites yeni müqavilə təklifini müsbət cavablandırmayıb

Benites yeni müqavilə təklifini müsbət cavablandırmayıb

"Nyukasl" baş məşqçi Rafael Benitesə yeni müqavilə təklif edib. SİA-nın məlumatına görə, təcrübəli mütəxəssis təklifi müsbət cavablandırmayıb. Benites klubu gücləndirmək üçün vəsait xərcləməyi daha vacib hesab edir: “Yeni müqavilə barədə söhbət gedə bilməz. Bunu unudun. Hələlik heç bir müzakirə aparılmır. Müzakirələrin tərəfdarı deyiləm. İrəli getmək lazımdır. Komandanı gücləndirmək barədə fikirləşmək daha önəmlidir. Münasib futbolçular axtarmalıyıq. İngiltərə klublarından oyunçu almaq mümkün deyil Xarici bazarlara üz tutmaq lazımdır. Vəsait ayrılsa problem olmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə