Braziliya çempionu müəyyənləşib

Braziliya çempionu müəyyənləşib

Futbol üzrə Braziliya çempionatında çempion bəlli olub. SİA-nın məlumatına görə, son turda "Vasko da Qama"nı səfərdə 1:0 hesabı ilə məğlub edən "Palmeyras" sona bir tur qalmış çempionluğu bayram edib. "Palmeyras" ən yaxın izləyicisi "Flamenqo"nu 5 xal qabaqlayır.

Qeyd edək ki, bu, "Palmeyras"ın 10-cu ölkə çempionluğu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə