TPL-in 12-ci turunu stadionda neçə azarkeş izləyib?

TPL-in 12-ci turunu stadionda neçə azarkeş izləyib?

Topaz Premyer Liqasının 12-ci turunda qeydə alınan azarkeş sayı bəlli olub. SİA-nın məlumatına görə, turun ilk görüşü "ASK Arena"da "Keşlə" və "Qəbələ" arasında baş tutub. Qonaqların 2:1 hesablı qələbəsini stadionda 500 nəfər izləyib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan "Qarabağ" - "Sabah" matçında (1:1) 700, "Bayıl Arena"da reallaşan "Səbail" - "Neftçi" qarşılaşmasında (1:4) isə 1500 azarkeş qeydə alınıb.

Turun son oyunu "Dalğa Arena"da "Zirə" və "Sumqayıt" arasında baş tutub. "Qartallar"ın 3:1 hesabı ilə qalib gəldiyi oyunu 200 fanat izləyib.

Beləliklə, 12-ci turda 2900 azarkeş qeydə alınıb. Bu da hər oyuna 725 fanat deməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə