Toni Adams: “Biz bu il çempionluq üçün oynamırıq”

Toni Adams: “Biz bu il çempionluq üçün oynamırıq”

Azərbaycan Premyer Liqasının 19-cu turunun "Qəbələ"-"Bakı" (0:1) qarşılaşmasından sonra təşkil ounan mətbuat konfransında komandaların baş məşqçiləri oyunla bağlı fikirlərini açıqlayıblar:

Vinfrid Şefer, "Bakı" klubunun baş məşqçisi: "Oyunçularımı qələbə münasibəti ilə təbrik edirəm, oyundan tam razı qaldım. Bu gün bir qol vurduq, ancaq bir neçə dəfə hesabı artıra bilərdik. Təəssüf ki, buna nail ola bilmədik. Qalib gəldik, qarşıdan gələn oyunlarımıza baxacağıq.

"Qəbələ" klubu çempionata yaxşı başlamasa da, sonradan uğurlu çıxış etməyə başladı. Həqiqətən də, bu çox güclü komandadır. "Qəbələ"yə gələcək oyunlarda uğurlar arzu edirəm".

Toni Adams, "Qəbələ" klubunun baş məşqçisi: ""Bakı" klubunu təbrik edirəm. Bugünkü oyunda 5 oyunçum zədə səbəbindən oyuna çıxa bilməmişdi. "Bakı" bu gün bütün epizodlarda bizdən üstün oynadı.

Çempionatda yaranan fasilə yerinə düşdü, qış fasiləsində oyunçularımızın zədəsini sağaldacağını düşünürəm. Biz bu il çempionluq üçün oynamırıq, biz "altılığa" düşmək uğrunda mübarizə aparırıq. Məqsədimiz güclü komanda formalaşdırmaqdır.

"Qəbələ" klubu növbəti çempionatlarda çempionluq üçün oynayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə