Robert Prosineçki əməliyyat olunub

Robert Prosineçki əməliyyat olunub

Futbol üzrə Bosniya və Herseqovina yığmasının baş məşqçisi Robert Prosineçki əməliyyat olunub. SİA-nın məlumatına görə, millimizin sabiq çalışdırıcısı olan xorvat mütəxəssis qarın ağrısı şikayəti ilə xəstəxanaya yerləşdirilib. Əməliyyatı uğurlu keçən Prosineçkinin vəziyyətinin stabil olduğu və bir müddət reanimasiyada müşahidə altında olacağı bildirilib.

Qeyd edək ki, Prosineçkinin çalışdırdığı Bosniya və Herseqovina Millətlər Liqasında yer aldığı qrupda birinci yeri tutaraq, A Liqasına vəsiqə qazanıb.

Xatırladaq ki, mütəxəssis 2014-2017-ci illərdə Azərbaycan yığmasına başçılıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə