Sem Ellardays İrlandiya millisini çalışdıra bilər

Sem Ellardays İrlandiya millisini çalışdıra bilər

Futbol üzrə İngiltərə millisinin sabiq baş məşqçisi Sem Ellardays İrlandiya yığmasını çalışdıra bilər. SİA-nın məlumatına görə, İrlandiya Futbol Federasiyası ingilis mütəxəssislə danışıqlara başlamağa hazırdır.

Karyerası ərzində “Bolton”, “Nyukasl”, “Vest Hem” kimi klublarda işləyən Ellardays, 2016-cı ildə İngiltərə millisinin “sükanı arxasında” olub. Sadəcə, bir oyuna yığmaya rəhbərlik edən mütəxəssis, qalmaqallı şəkildə millini tərk edib. Ellardays son olaraq “Everton”u çalışdırıb.

UEFA Millətlər Liqasının qrup oyunlarından sonra İrlandiya yığması baş məşqçi Martin O Nillə yollarını ayırmışdı. İrlandlar Millətlər Liqasının B Liqasının 4-cü qrupunda Danimarka və Uelslə mübarizə aparırdı. Onlar turniri sonuncu pillədə başa vurmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə