“Xəzər Lənkəran” 4 futbolçu ilə vidalaşır

“Xəzər Lənkəran” 4 futbolçu ilə vidalaşır
"Xəzər Lənkəran" klubu daha 4 futbolçusu ilə yollarını ayırmaq qərarına gəlib. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu oyunçular Allan Lalin, Konstantin Arbanas, Adrian İordake və Radomir Todorovdur. Adı çəkilən futbolçuların transferə çıxarılmasının səbəbi onların klubu qane etməyən oyunudur. Həmin legionerlərin yerini daha yüksək səviyyəli futbolçular tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə