“Zirə” futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turunda “Sumqayıt”la görüşəcək. SİA-nın məlumatına görə, noyabrın 25-də keçiriləcək ev oyunu zirəlilərin "gənclik şəhəri” təmsilçisi ilə 14-cü dueli olacaq.
Cari mövsümdə 2-ci dəfə üz-üzə gələcək rəqiblər ümumilikdə 13 dəfə qarşılaşıb. Bu matçlarda üstünlük “Zirə”nin tərəfindədir. Hesabında 6 qələbə və 3 heç-heçə olan komanda 4 dəfə meydanı xalsız tərk edib. 26 qolun vurulduğu görüşlərdə “qartallar” üstündür – 15:11. Bu oyunlarda qəsəbə təmsilçisinin ən yaxşı bombardiri Vüsal İsgəndərlidir. O, 3 dəfə fərqlənib. Riçard Qadze və Sadio Tounkaranın hesabında 2 top var.
“Zirə” ev oyunlarında da üstünlüyə malikdir. 7-ci dəfə rəqibini qəbul edəcək, əvvəlki 6 oyunda 4 qələbə qazanıb, 1 heç-heçə edən “qartallar” yalnız 1 dəfə uduzub. Öz meydanında 9 qola sevinən "Zirə" 5 top buraxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB