"Qalatasaray" "Konyaspor"u məğlub edə bilməyib

"Qalatasaray" "Konyaspor"u məğlub edə bilməyib

Türkiyə Superliqasında 13-cü tura start verilib. SİA-nın məlumatına görə, turun açılış oyununda "Qalatasaray" "Konyaspor"u qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb.

Bu nəticədən sonra "Qalatasaray" 24 xalla 2-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 27 xalla "Başakşəhər" başçılıq edir. "Kasımpaşa" 22 xalla 3-cüdür.

"Qalatasaray" - "Konyaspor" 1:1
Qollar:
Uğur Demirok, 69-avtoqol (1:0), Skubiç, 90-pen (1:1)
Qırmızı vərəqə: Serdar Aziz, 88 ("Qalatasaray")

Bütün xəbərlər Facebook səhifəmizdə