Futbol üzrə Türkiyə Superliqasının XIII turu çərçivəsində keçirilən “Konyaspor”la oyun “Qalatasaray”ın qapıçısı Fernando Muslera üçün yubileylə əlamətdar olub. Belə ki, qarşılaşmaya start heyətində başlayan uruqvaylı “çərçivə qoruyucusu” bununla da sarı-qırmızı forma ilə 300-cü görüşünə çıxıb.
2011-ci ildən “Qalatasaray”ın şərəfini qoruyan Nando bu müddətdə “aslanlar”la 4 ölkə çempionluğu, 3 ölkə kuboku və 4 dəfə də ölkə super kubokunu qazanıb. O, “Qalatasaray”ın heyətində Çempionlar Liqasında 1/4 final mərhələsində oynamağı da bacarıb. Keçirdiyi 300 matçın 36-da komandasını meydana kapitan kimi çıxardan Muslera həm oyun, həm də mükafat sayına görə klub tarixinin ən yaxşı əcnəbisidir.
Bütün xəbərlər Facebook səhifəmizdə